İtaliya hökuməti Ukraynaya bir neçə aydır müzakirə olunan SAMP/T zenit-raket kompleksinin akkumulyatorunu tədarük etmək qərarına gəlib.
Demokrat.az xəbər verir ki, bu barədə RID nəşri məlumat yayıb.
Məlumata görə, çatdırılma Fransanın iştirakı ilə kompleks sxem üzrə həyata keçiriləcək.
Bildirilir ki, baş nazir Corciya Meloni məsələnin reallaşmasına iki-üç gün əvvəl yaşıl işıq "yandırıb".
Son iki həftədə bu hava hücumundan müdafiə sisteminin təchizatı şübhə altında idi.
Qeyd edək ki, müasir SAMP/T zenit-raket kompleksi hava hücumundan müdafiə sistemləridir. Bu kompleks Ukraynanın eşelonlaşdırılmış hava məkanının mühafizəsi sisteminin tərkib hissəsinə çevriləcək. Həmçinin, ərazilər üzərindəki səmanı səmərəli şəkildə qorumağa kömək edəcək.
Zamiq Demokrat.az


