Gündəm Özəl

“Qərbi Azərbaycandakı yaşayış məntəqələrimiz bomboşdur” — Azər Həsrət

“Qərbi Azərbaycandakı yaşayış məntəqələrimiz bomboşdur” — Azər Həsrət

"Qərbi Azərbaycanla bağlı müraciəti şəxsən təqdir edirəm".

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. Onun fikrincə, sözügedən müraciətin miqyasını genişləndirmək lazımdır:

"Düşünürəm ki, bunu mümkün qədər geniş yaymaq lazımdır. Özəlliklə də, antiazərbaycan mərkəzlərinin də diqqətinə çatdırmaq lazımdır. Əlbəttə ki, neytral mövqedə olan həqiqətən də, balansı qorumağa çalışan, obyektivliyi ilə seçilən mərkəzlərin, insanların, siyasi xadimlərinin diqqətinə çatdırmaq lazımdır. Çünki Ermənistan bütün indi dünyaya haray salıb ki, Qarabağda ermənilərə soyqırım edilir, guya Azərbaycan onları blokadada saxlayır.

Əslinə qalanda, bizim özümüz dünyaya haray salmalıyıq ki, azərbaycanlılar 30 il ərzində öz torpaqlarından qovulub, Azərbaycan Respublikasının ərazisində yurdsuz-yuvasız yaşadılar. Hələ bu azmış kimi, Ermənistan ərazisindəki azərbaycanlılar da qovulub. Və bu gün əldə olunan faktlara görə, hazırda azərbaycanlıların qovulduqları yaşayış məntəqələrinin əksəriyyəti bomboşdur. Yəni, yetərincə əhalisi yoxdur ki, o boşalmış kəndləri öz əhalisi ilə doldura bilsinlər. Bu, bir daha onun göstəricisidir ki, ermənilər boş yerə haray salırlar. Əsassız yerə dünyaya hay-küy salıblar. Ona görə də, biz qarşılıq vermək üçün məhz bu Qərbi Azərbaycanla bağlı faktları daha çox qabartmalıyıq. Yəni, elə qabartmalıyıq ki, əsaslı olsun. Əsaslı da odur ki, dediyim kimi, Qərbi Azərbaycan ərazisindəki Azərbaycan yaşayış məntəqələri hazırda bomboşdur kimi faktlar dünyaya çatdırılmalıdır".

Nəzrin Demokrat.az

D
demokrat.az