Region Özəl

Donetskin Soledar şəhərinin Rusiya nəzarətində olması məlumatları doğru deyil — Rəsmi Kiyev

Donetskin Soledar şəhərinin Rusiya nəzarətində olması məlumatları doğru deyil — Rəsmi Kiyev

Rusiya Müdafiə Nazirliyinin Soledar şəhərini tamamilə nəzarətə götürdükləri barədə bəyanatı doğru deyil.

Demokrat.az xəbər verir ki, Ukrayna Baş Qərargahının Şərq Qrupunun sözçüsü Sergey Çerevatiy Rusiyanın Donetskdəki Soledar şəhərini ələ keçirməsi ilə bağlı məlumatın doğru olmadığını bildirib.

O, qeyd edib ki, şəhərdə qarşıdurmalar bu gün də davam etməkdədir:

"Xeyr, bu doğru deyil. Şəhərdə toqquşmalar davam edir. Təfərrüatlar verə bilmərəm", - Çerevatiy vurğulayıb.

Ukrayna əsgərlərinin şəhəri qorumağa davam etdiyini bildirən Çerevatiy şəhərin qarşı tərəfin nəzarətində olması ilə bağlı açıqlamaları Ukrayna cəmiyyətində məyusluq yaratmaq üçün qəsdən çıxarılan səs-küy kimi qiymətləndirib.

Jalə Demokrat.az

D
demokrat.az