"Beynəlxalq Böhran Qrupu Ermənistan və Azərbaycan arasında gərginliyin bu il də davam edəcəyini proqnozlaşdırır".
Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Əlimusa İbrahimov deyib.Ekspert hesab edir ki, proqnoza əsasən, müharibənin başvermə ehtimalı yüksəkdir: 
Ermənistanın yeritdiyi destruktiv siyasətin sonda müharibəyə gətirib çıxaracağını proqnozlaşdırmaq üçün ciddi siyasi təhlillərə ehtiyac yoxdur. Çünki hamıya məlumdur ki, artıq Azərbaycan Ermənistan hakimiyyətinin danışıqlar prosesini məqsədyönlü şəkildə pozmaq istiqamətində atdıqları addımlara dözməyəcək. Mən də müharibə ehtimalının çox yüksək olduğunu düşünürəm. Eyni zamanda, hesab edirəm ki, Azərbaycanın əlində müharibəyə qədər yetərli mexanizmlər var və biz hələ bu vasitələrdən istifadə etməyə çalışacağıq. Düşünürəm ki, sonda Ermənistanı bizimlə razılaşmaqdan başqa çıxış yolunun olmadığını başa sala biləcəyik".
Aynurə Demokrat.az


