İdman

"Qarabağ" yeni transferini elan etdi — FOTOLAR

Qarabağ yeni transferini elan etdi — FOTOLAR

“Qarabağ” yeni transfer reallaşdırıb.

Demokrat.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Klub seneqallı hücumçu Adama Diakabi ilə münasibətlərini rəsmiləşdirib.

Tibbi baxışdan uğurla keçən 26 yaşlı forvard 2,5 illik müqaviləyə imza atıb. Onun sözləşməsi 2025-ci il iyunun 30-dək keçərlidir.

Qeyd edək ki, Diakabi Fransanın U-21 millisinin şərəfini qoruyub. O, Fransanın "Kan", "Renn", "Monako" və "Amyen", eləcə də İngiltərənin "Haddersfild" və "Nottingem Forest" klublarının da formasını geyinib.

Qarabağ yeni transferini elan etdi — FOTOLAR
Qarabağ yeni transferini elan etdi — FOTOLAR
Qarabağ yeni transferini elan etdi — FOTOLAR

D
demokrat.az