Sosial

"Bu il Hirkan meşələrinin UNESCO-nun irs siyahına salınacağı gözlənilir"

Bu il Hirkan meşələrinin UNESCO-nun irs siyahına salınacağı gözlənilir

Hirkan meşələrinin UNESKO-nun irs siyahına salınması istiqamətində bu il müsbət nəticənin əldə olunması gözlənilir.

Demokrat.az xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev mətbuat konfransında deyib.

O qeyd edib ki, Hirkan meşələrinin UNESKO-nun irs siyahına salınması üçün yekun sənədlər təqdim edilib.

"Eyni zamanda, Zaqatala-Balakən biosfer qoruğunun vətəndaşlar üçün daha əlçatan olması nəzərdə tutulur.Hazırda palçıq vulkanları və Zaqatala qoruğu ilə bağlı beynəlxalq layihələr davam edir”.

D
demokrat.az