Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop PKK/YPG terror təşkilatının İsveçin paytaxtı Stokholmda prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan terror aktına sərt reaksiya verib.
Demokrat.az-ın “TRT Haber”ə istinadən xəbərinə görə, Şentop qeyd edib ki, NATO üzvlüyünü tələb edən bir dövlətdə bu hücumun asanlıqla baş verməsi təhlükəli və ağır haldır.
TBMM sədri Stokholmda tarixi bələdiyyə binası qarşısında toplaşan bir qrup terror təşkilatı YPG/PKK tərəfdarının prezident Rəcəb Tayyib Ərdoğanı hədəf almasına münasibət bildirib:
“İsveçin paytaxtı Stokholmda separatçı terror təşkilatı PKK üzvlərinin prezidentimizi və Türkiyə Respublikasını hədəf alan aksiyanı qınayırıq. İsveçin demokratiya üçün açıq-aşkar təhlükə olan bu mənfur terror aktına icazə verməsi və göz yumması qəbuledilməzdir. NATO-ya üzv olmaq istəyən bir dövlətdə belə bir hücumun asanlıqla baş verməsi təhlükəli və ağırdır. İsveç dövlətindən bu dəhşətli terror aktının səbəbkarlarını və məsuliyyət daşıyanları dərhal müəyyənləşdirməsini və qanun qarşısında lazımi tədbirlər görməsini gözləyirik”.
Türkiyə Böyük Millət Məclisinin sədri Şentop terror təşkilatı tərəfdarlarının Stokholmdakı təxribatlarına cavab olaraq İsveç parlamentinin sədri Andreas Norlenin yanvarın 17-də Türkiyəyə səfərini ləğv edib.
Zamiq Demokrat.az


