Gündəm Özəl

"Sülhməramlıların missiyası 2025-ci ildə başa çatır və onlar ölkəmizi tərk etməlidirlər" — AÇIQLAMA

Sülhməramlıların missiyası 2025-ci ildə başa çatır və onlar ölkəmizi tərk etməlidirlər — AÇIQLAMA

"Artıq bir aydır ki, Laçın-Xankəndi yolunda ekofəallarımız, gənclərimiz fasiləsiz aksiya keçirirlər. Aksiyanın məqsədi Qarabağda separatçıların törətdikləri ekoloji terrora və talançılıqa son qoymaqdır. Havanın sərtliyinə baxmayaraq, aksiyanın davam etdirilməsinə israrlı olmağımız vətənpərvərlik ruhunun yüksəkliyi ilə bağlıdır və öz torpağımıza sahib olduğumuzu bütün dünyaya nümayiş etdiririk".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib. Deputatın fikrincə, bu gün Azərbaycan gəncliyi həm torpaqları düşməndən azad etməyə, həm də yarımçıq qalmış məsələlərin başa çatdırmağa qadirdir:

Sülhməramlıların missiyası 2025-ci ildə başa çatır və onlar ölkəmizi tərk etməlidirlər — AÇIQLAMA

"Hesab edirəm ki, son məqsədimizə çatana qədər aksiya davam etdirilməlidir. Formatın dəyişdirilməsinə isə ola bilsin ki, aksiyanın müddəti uzandıqca aksiya keçirilən yerdə rahatlığı təmin etmək üçün kommunikasiyalar daha yaxşılaşdırılaraq rahat şərait yaradılsın. Yəni, uzunmüddətli aksiyanın davam etdirilməsinə şərait formalaşdırılsın. Amma, aksiyanın mütləq şəkildə davam etməli olduğunu hesab edirəm. Qarabağla heç bir əlaqəsi olmayan separatçı Ruben Vardanyan Xankəndində qaldıqca, orada məsələlərin həll edilməsi çətin olacaqdır. Məsələləri tezləşdirmək üçün Vardanyanın Azərbaycandan deportasiyası məsələsi gündəmə gələrək öz həllini tapmalıdır. Əgər Qarabağda yaşayan ermənilər sülhməramlılara arxayınlaşıblarsa, boş yerə öz vaxtlarını keçirməsinlər. Çünki sülhməramlıların missiyası 2025-ci ildə başa çatır və onlar ölkəmizi tərk etməlidirlər. Ondan sonra ermənilər istəsə də, istəməsə də Azərbaycan dövləti Qarabağın dağlıq ərazisində hakimiyyəti bərpa edəcək və konstitusiyamıza uyğun idarə olunacaqdır".

Aynurə Demokrat.az

NE
Nihadə Eyyubova