Dünya Özəl

"Putin casus kimi rüsvay olmaqdan qorxur" — Keçmiş MI6 şefi Ukrayna müharibəsindən DANIŞDI

Putin casus kimi rüsvay olmaqdan qorxur — Keçmiş MI6 şefi Ukrayna müharibəsindən DANIŞDI

Böyük Britaniyanın Xarici Kəşfiyyat Xidmətinin (MI6) sabiq (2014-2020-ci illərdə rəhbərlik edib) şefi Aleks Yanqer Rusiyanın Ukraynaya hücumundan danışıb.

Demokrat.az xəbər verir ki, keçmiş MI6 rəhbəri nüfuzlu "3 takeaways" dərgisində fikirlərini bölüşüb.

O, Rusiya prezidenti Putinin Ukraynaya hücumunu "uğursuz" adlandırıb.

Uzun illik xəfiyyəlik təcrübəsini bölüşən Aleks Yanqer Putinin də keçmiş casus olduğunu söyləyib.

Onun sözlərinə görə, Putin SSRİ dövründə casus kimi ciddi səhvlərə yol verdiyi kimi, indi də prezident kimi Ukraynaya qarşı müharibə başlatmaqla özünü çıxılmaz vəziyyətə salıb.

Putin casus kimi rüsvay olmaqdan qorxur — Keçmiş MI6 şefi Ukrayna müharibəsindən DANIŞDI

"Putinin Ukraynaya qarşı hücumu səhv addım idi. Əgər Putin əmin olsaydı ki, müharibə bu qədər davam edəcək, o, əsla buna getməzdi. Putinin proqnozları özünü doğrultmadı və indiki vəziyyət onu çıxılmaz hala salıb. Bu səbəbdən də Putin peşəkar casus kimi geri çəkilməkdən və rüsvay olmaqdan qorxur. Qloballaşan dünyamızda təhdidlərdən yayınmaq asan məsələ deyil. Uğurlu casus olmaq üçün nəyin nə zaman lazım olduğunu dəqiq hesablamalısan. Mənim karyeram mənə yaxşı motivasiyalı insanların, cəsur insanların nə edə biləcəyini göstərdi və bu, böyük bir imtiyaz oldu".

Vaqif Hüseynli Demokrat.az

D
demokrat.az