Rusiya kiberhücumları hərbi hədəflərdən ticarət, enerji, maliyyə, telekommunikasiya və hökumət sektorlarına yönəldilib.
Demokrat.az “Politico” nəşrinə istinadən xəbər verir ki, Ukraynadakı döyüş meydanında çoxsaylı uğursuzluqlardan sonra Rusiya belə bir addım atmağa başlayıb.
Məlumata görə, artıq ruslar elektrik tədarükçüləri və provayderlər kimi mülki şirkətlərə qarşı kiberhücumları artırıblar. Bu hücumlar ukraynalıların iradəsini qırmaq və müharibənin gedişatını dəyişmək üçün nəzərdə tutulub.
“Politico”nun yazdığına inansaq, Rusiya Ukraynada öz məqsədlərinə çatmaq üçün kibersilahlardan daha çox raket zərbələrinə arxalansa da, enerji, hökumət və nəqliyyat qruplarına edilən hücumlar göstərir ki, kiberhücumlar qarşı tərəfin iradəsini qırmaq üçündür. Bu isə ümumi strategiyasının əsas hissəsi olaraq qalır.
"Rusiya bu müharibəni nə qədər uzun aparsa, ukraynalılar üçün bir o qədər çətin olacaq və onlar kritik infrastruktura dağıdıcı kiberhücumlara qarşı daha həssas olacaqlar. Mən narahatam ki, rusiyalılar kosmosda kinetik effektlərlə getdikcə fəaliyyətlərini gücləndirməyə çalışacaqlar” - deyə ABŞ Milli Təhlükəsizlik Agentliyinin kibertəhlükəsizlik üzrə direktoru Rob Coys bildirib.
Zamiq Demokrat.az


