Dünya Özəl

MAQATE-nin baş direktoru Zaporojye AES-in təhlükəsizliyi ilə bağlı yenidən Ukrayna və Rusiyaya gəlir

MAQATE-nin baş direktoru Zaporojye AES-in təhlükəsizliyi ilə bağlı yenidən Ukrayna və Rusiyaya gəlir

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Zaporojye Atom Elektrik Stansiyasının ətrafında nüvə təhlükəsizliyi zonasının yaradılması ilə bağlı danışıqlar aparmaq üçün yenidən Ukrayna və Rusiyaya səfər etmək niyyətindədir.

Demokrat.az-ın xəbərinə görə, R.Qrossi bu barədə İtaliyanın "Rai" telekanalına müsahibəsində bildirib.

Baş direktorun sözlərinə görə, o, Ukraynada prezident Volodimir Zelenski, Baş nazir Denis Şmıqal və xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcək.

"Bundan sonra Moskvaya keçmək ümidim var. Zavod Ukraynanındır, lakin Rusiyanın nəzarətindədir. Bu, reallıqdır və mən hər iki tərəflə işləməliyəm. Bizim vəzifəmiz zavodu qorumaqdır. MAQATE-nin müşahidəçilər qrupunun yaradılması bizim fəaliyyətimizin ilk konkret və hiss olunan nəticəsidir, lakin biz dayana bilmərik, əsas odur ki, zavodun təhlükəsizliyini təmin edək"- MAQATE-nin baş direktoru vurğulayıb.

O bildirib ki, Ukrayna və Rusiya arasında AES ətrafında təhlükəsizlik zonası ilə bağlı danışıqlar davam edir. “Bu razılaşma mümkünsüz deyil, çünki nüvə qəzası heç kimin, hətta rusların da marağında deyil.

Xatırladaq ki, Rusiya hərbçiləri stansiyanı atəşə tutmağa başladığı ötən ilin avqustundan Zaporojye AES-dəki vəziyyət dünyanın diqqət mərkəzində olub.

Rusiya isə nüvə stansiyasını təxribatlardan “qorumaq” bəhanəsi ilə onu demilitarizasiya etmək çağırışlarını rədd edir və atəşə görə Ukraynanı günahlandırır.

Həsən Demokrat.az

NE
Nihadə Eyyubova