Siyasət Özəl

"Ermənilər artıq ekoloqların nəzarətinə öyrəşiblər" — Tofiq Zülfüqarov

Ermənilər artıq ekoloqların nəzarətinə öyrəşiblər — Tofiq Zülfüqarov

"Bir ay müddətində biz gördük ki, həm orada, həm də Ermənistanda yaşayan ermənilər artıq ekoloqların nəzarətinə öyrəşiblər".

Bu sözləri Demokrat.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. O hesab edir ki, Azərbaycan tərəfi bu istiqamətdə addımları davam etdirməlidir.

"Azərbaycanın hərbi baxımından dominantlığı hamıya bəllidir. Bizim gücümüzlə ermənilər heç bir güc ortaya çıxara bilməzlər. Ermənistan tərəfdən hansısa təxribatların olmasını istisna etmirəm, amma genişmiqyaslı hərbi əməliyyatların olmasına inanmıram. Çünki Azərbaycanın indi imkanları genişdir və ermənilər bunu başa düşürlər. Amma, antiterror əməliyyatlarının keçirilməsi istisna olunmur. Çünki Vardanyanın əsas çağırışı ondan ibarətdir ki, gəlin müqavimət göstərək. Müqaviməti kimə göstərək? Azərbaycan dövlətinə, qanunlarına və s. Bu isə siyasi fəaliyyət yox, terrorizmdir. Bu baxımdan yaxın müddətdə antiterror əməliyyatlarının olacağını istisna etmirəm".

Nəzrin Demokrat.az

D
demokrat.az