Dünya Özəl

"Dronların daşınması İranı Rusiyanın hərbi cinayətlərinə şərik edə bilər"

Dronların daşınması İranı Rusiyanın hərbi cinayətlərinə şərik edə bilər

"İranUkraynanın enerji və mülki infrastrukturuna hücum etmək üçün Rusiyaya kamikadze pilotsuz təyyarələr verir"

Demokrat.az xəbər verir ki, bu sözləri Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanjurnalistlərə açıqlamasında deyib .

"Mülki əhaliyə qarşı törədilən bu terror aktları müharibə cinayətləridir.Tehran isə onların şəriki mövqeyində qala bilər. Onların silahları Ukraynada dinc sakinləri öldürmək, şəhərləri soyuq və qaranlığa qərq etmək üçün istifadə olunur. Bu da İranı potensial olaraq irimiqyaslı hərbi cinayətlərə şərait yarada biləcək vəziyyətə gətirir".-deyə o qeyd edib.

Qeyd edək ki, Rusiya keçən ilin sentyabrında "Shahed-131/136" kamikadze dronlarından istifadə etməyə başlayıb.

O vaxtdan bəri bu silahlar mülki, sonra isə enerji infrastrukturuna zərbələr endirmək üçün istifadə olunub.

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova