Dünya Özəl

"ABŞ Ukraynanın qalib gəlməsinə kömək etmək üçün tez və qətiyyətlə hərəkət etməlidir"

ABŞ Ukraynanın qalib gəlməsinə kömək etmək üçün tez və qətiyyətlə hərəkət etməlidir

"ABŞ eləcə də müttəfiq və tərəfdaş ölkələr sürətlə qələbəyə nail olmaq üçün Ukraynaya dəstək verməlidirlər"

Demokrat.az Ukrayna mətbuatına istinadən bildirir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bazar ertəsi jurnalistlərlə söhbətində bildirib.

"Ukraynanın hərbi potensialı və iqtisadiyyatı indi demək olar ki, tamamilə Qərbdən gələn təchizatdan asılıdır.Bundan əlavə, Ukraynada böyük irəliləyiş və döyüş meydanında uğur əldə olunmadıqda, ruslarla danışıqlar aparmaq üçün Qərbin Kiyevə təzyiqləri artacaq.İstənilən atəşkəs rus qoşunlarına hücumu bərpa etmək üçün toparlanmaq imkanı verəcək.Və bu, qəbuledilməzdir. Belə bir ssenaridən qaçmağın yeganə yolu təcili olaraq Ukraynaya kifayət qədər hərbi təchizatı artırmaqdır. Ukraynaya nə qədər kömək olunsa, qalibiyyət bir o qədər yaxın olacaq"

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova