Bu yaxınlardabir nəfər mülki erməni Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidən Azərbaycan Ordusunun postlarının birinə yaxınlaşaraq yardım diləyib.O,ac olduğunu, üşüdüyünü və siqaret istədiyini bildirib. Azərbaycan tərəfi növbəti dəfə humanist davranıb, kömək istəyən erməniyə yemək, siqaret verilib, ona qayğı ilə yanaşılıb.
Ötən gün həmin mülki erməni Xankəndiyə yola salınıb. Yolasalma yerindən lentə alınmış kadrlardan da görünür ki, erməni sakin azərbaycanlılara "sağ ol" deyibvətəşəkkürünü bildirib.
Qarabağın mülki erməni sakinininAzərbaycandan kömək istəməsi geniş müzakirələrə səbəb olub. Bildirilir ki, sadə ermənilər Azərbaycanın nəzarəti altında firəvan yaşaya biləcəklərini dərk edirlər, lakin separatçılar onları əsarət altında saxlamaqla aclıq və səfalətə sürükləyir.
Mövzu iləbağlıModern.az-a danışan Milli Məclisin qarabağlıdeputatıElman Məmmədovbildirib ki, sovet dövründəQarabağ erməniləri yüksək səviyyədə yaşayıblar. "Mən 42 il Xocalıda yaşamışam. O namərdlərlə, xainlərlə bir yerdə işləmişəm. Qarabağda olan yüksək yaşam standartları Azərbaycanın digər rayonlarında yox idi. Qarabağın dağlıq hissəsində olanerməni əhalisi Azərbaycan əhalisindən dəyaxşı yaşayırdı, onlar üçün hər cür şərait yaradılmışdı.Bakıdan gələn böyük diametirli qaz kəməri Xocalının 500 metrliyindən keçirdi, lakin şəhərə qaz çəkilmirdi. Ancaq ən ucqarerməni kəndinə qaz çəkilmişdi. Xocalı kimi böyük şəhərdə 1968-ci ilə qədərməktəb olmayıb. Lakin kiçik erməni kəndində məktəb var idi. Ötən 30 il ərzində ermənilərin öz çəkilişlərində istər Ermənistanda, istərsə də Qarabağın dağlıq hissəsində yaşayanların necə aşağı səviyyəli həyat sürdüyü açıq görünür. Azərbaycan hərbçilərindən kömək istəyənerməninin görüntülərigöstərir ki, Qarabağın dağlıq hissəsindəki ermənilər separatçıların, terrorçularınəlində əsirə çevriliblər".
Deputatın fikrincə, Qarabağdakı ermənilər artıq əsarətdə olduqlarını başa düşürlər: 
"Qarabağdakı problemin yaranmasında səbəbkar mülki, dincerməni əhalisi olmayıb.Orada yaşayan aventüristlər, siyasət dəllaları, Köçəryanlar, Sarkisyanlar problemə səbəb oldu.Artıq 30 il keçib. Bu günermənilər başa düşürlər ki, Azərbaycanın tərkibində yaşamaq onların gələcəyi üçün vacibdir. Dünənki görüntülər bunu bir daha sübut edir". Elman Məmmədov qeyd edib ki, ermənilərin əsarətinəyalnız Azərbaycan son qoya bilər:
"Mən yüz faiz əminəm ki, həmin erməniyə Xankəndinə qayıdan kimi satqın, xain damğası vurulacaq. Bəlkə də, ailəsi ilə bir yerdəöldürüləcək. Bu gün mülki ermənilərin separatçılara, terrorçulara qarşı gücü yoxdur. Odur ki, Azərbaycan öz suveren ərazisini terrorçulardan, satqınlardan təmizləməlidir. Bu, mütləq baş verəcək.Separatçılar bir nəfər kimi Qarabağ ərazisindən qovulacaq. Qalanlar məhv ediləcək. Yalnız bundan sonra oradakı mülki ermənilər terrorçuların, separatçıların əsarətindən xilas olacaqlar".


