Deyir “dil yanılar, doğrunu deyər”. AXCP sədri Əli Kərimlinin dili yox, əli yanılıb, gerçək simasını özü ifşa edib. Hər kəs bilir ki, cəbhəçilərin sosial şəbəkələrdə bağlı qrupları var və bu qruplarda ən gizli məsələləri müzakirə edirlər. Əslində AXCP-nin gerçək siması da məhz həmin qruplarda gizlədilib. Zaman-zaman narazı cəbhəçilər bu qruplardakı müzakirələrlə bağlı ictimaiyyəti məlumatlandıranda bu sima(sızlıq)dan xəbərimiz olub.
Bu dəfə isə bütün sirri Əli Kərimli faş edib. Belə ki, AXCP sədri üzvlərə tapşırıq kimi verəcəyi məlumatı bağlı qruplarda (istisna deyil ki, bu qruplardan biri də “vatçap” üzərindən qurulub) deyil, özünün açıq profilində paylaşıb. Bir neçə dəqiqə sonra isə dərhal silib. Amma artıq hər şeyi ortaya çıxdı.
Əli Kərimlinin verdiyi tapşırıqdan belə görünür ki, Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublunun keçirdiyi aclıq aksiyası oyundur. AXCP sədri digər cəbhəçilərin də bu aksiyaya qoşulması əmrini verir.
Əli Kərimlinin əmri: “Mən Maya xanımın yanına ona görə getmədim ki, cəbhəçilərin aclığı başlansın və mən də gedib ondan xahiş edim ki, aclığı dayandırsın. Yəni mənim gedib deməyə sözüm olmalıdır. Aclığı başlamağı sürətləndirin. İndidən istilik peçi qurun. Hesabı özümüz ödəyəcəyik. Qorxmasınlar. Təcili hamı pastelini hazırlasın. 5-də 6-da aclıq başlansın artıq. Mən bu gün 5-də Toplum Tv-də olacam. Oradan çıxıb gedəcəm Tofiq bəygilə. Təqribən 18:30-19:00 arası Tofiqbəygildə olacam. Saqif bəygil də o saatlarda getsinlər Tofiqbəygilə. Mən orda tək olmayım. Səadət xanım və başqa getmək istəyənləri də götürsünlər. Yəni mən gələndə orda 5-6 RH üzvü olsun. Təzəxan bəy də olsun. Çalışarıq ki, Maya xanım aclığı bu gün dayandırsın”.
Bu sətirlərdən də görünür ki, Əli Kərimlinin dərdi kiminsə probleminin həlli yox, özü haqqında şou yaratmaqdır. Əslində onun bu mərəzi sirr deyildi, amma bu dəfə “qaş düzəltmək istəyəndə vurub göz çıxartdı”, özü özünü ifşa etdi. 
Vaqif Hüseynli Demokrat.az


