Daxili siyasət

Qarabağ iqtisadi rayonuna səfər edənlərin sayı AÇIQLANIB

Qarabağ iqtisadi rayonuna səfər edənlərin sayı AÇIQLANIB

Ötən il ərzində Qarabağ iqtisadi rayonuna 7851 nəfər vətəndaşın səfəri təşkil olunub.

Demokrat.az xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Twitter"də paylaşım edib.

Bildirilib ki, onlardan 3054 nəfər Ağdama, 501 nəfər Tərtərə, 122 nəfər Xocavəndə və 74 nəfər isə Füzuliyə səfər edib.

D
demokrat.az