ABŞ Dövlət Departamenti artıq rəsmi yazışmalarda “Turkey" ifadəsinin istifadə edilməyəcəyini açıqlayıb.
Demokrat.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Türkiyənin Vaşinqtondakı səfirliyinin tələbi ilə rəsmi yazışmalarda “Turkey” deyil, “Türkiyə” ifadəsindən istifadə edəcəklərini açıqlayıb.
ABŞ Dövlət Departamentinin Türkiyə və ABŞ-ın DEAŞ-ın maliyyə qaynaqlarına qarşı birgə addımları ilə bağlı verdiyi yazılı açıqlamada da “Türkiyə” ifadəsi işlədilib.
Prays Türkiyə səfirliyinin yazışmalarda ölkə adının bu şəkildə istifadə edilməsini tələb etdiyini təsdiq edirəm. Bu dəyişiklik həmişə olduğu kimi ABŞ Coğrafi Adlar Şurası tərəfindən təsdiqlənib deyə bildirib.
Qeyd edək ki, Türkiyənin tələbindən sonra BMT 2022-ci il iyunun 1-də ölkə adının “Turkey” ifadəsi əvəzinə “Türkiyə” kimi istifadə edilməsinə icazə verib.
Jalə Demokrat.az


