Dünya Özəl

Şahzadə Harri Əfqanıstanda xidmət edərkən 25 nəfəri öldürdüyünü etiraf etdi

Şahzadə Harri Əfqanıstanda xidmət edərkən 25 nəfəri öldürdüyünü etiraf etdi

Böyük Britaniyanın kral ailəsindən ayrılaraq ABŞ-da məskunlaşan Şahzadə Harri, yanvarın 10-da dərc olunacaq xatirələrində Əfqanıstanda xidməti vəzifəsini yerinə yetirərkən 25 nəfəri qətlə yetirdiyini və bundan utanmadığını bildirib.

Demokrat.az “The Telegraph” qəzetinəistnadən xəbər verir ki, nəşr olunacaq “Ehtiyat” adlı xatirə kitabında şahzadə Harri 2007-2008-ci illərdə və 2012-2013-cü illərdə xidmət etdiyi Əfqanıstanla bağlı təəccüblü açıqlamalar verib. Şahzadə Harri Əfqanıstanda keçirdiyi dövrlə bağlı kitabına daxil etdiyi xatirələrində münaqişənin səs-küy və qarışıqlığında öldürdüyü 25 üsyançını “yaxşıları öldürmədən məhv edən yaramazlar” kimi gördüyünü qeyd edib. Həmçinin, kimisə insan kimi görsəniz, öldürməyin mümkün olmadığını qeyd edən Şahzadə Harri, ordunun “onları “başqası” kimi görmək üçün özünü öyrətdiyini və yaxşı məşq etdiyini” söyləyib.

“The Telegraph” qəzetinin yazdığına görə, Şahzadə Harri öz kitabında yazıb: “Birinci gündən məqsədim düzgün hərəkət edib-etmədiyimə dair heç bir şübhə etmədən yatağa getməmək idi. Mən bütün əzalarımla evə getmək istəyirdim, amma daha çox vicdanım sağ-salamat evə getmək istəyirdim”.

Şahzadə Harri Əfqanıstanda xidmət edərkən 25 nəfəri öldürdüyünü etiraf etdi
Əsgərlərin müharibədə nə qədər düşmən öldürdüklərini bilmədiklərini və fərq qoymadan atəş açdıqlarını bildirən Şahzadə Harri, nə qədər düşmən döyüşçüsü öldürdüyünü mütləq deyə biləcəyini ifadə edib. Şahzadə Harri kitabında "Bu rəqəmdən qorxmamaq mənə çox vacib görünürdü. Deməli mənim nömrəm 25-dir. Bu, məni qane edən rəqəm deyil, amma məni utandırmır" deyə yazıb.
Şahzadə Harri Əfqanıstanda xidmət edərkən 25 nəfəri öldürdüyünü etiraf etdi
"The Guardian" 10 yanvarda 15 dildə nəşr olunacaq Şahzadə Harrinin maraqla gözlənilən "Ehtiyat" kitabının ilk nüsxəsinə çatdıqdan sonra bu gün paylaşdığı fəsillər ölkə gündəmini zəbt etdi. Kitabın nüsxələrinin sızdırıldığı və İspaniyada satışa çıxarıldığı iddia edilib. Qəzetin yazdığına görə, Şahzadə Harri öz kitabında böyük qardaşı Şahzadə Uilyamı ona fiziki hücumda ittiham edib. O, Şahzadə Uilyamın dava zamanı onun yaxasından tutub yerə yıxdığını bildirib və yazıb ki, it yemək qabının üzərinə düşəndə ​​qırılan qabın parçaları onun kürəyinə batıb.
Şahzadə Harri Əfqanıstanda xidmət edərkən 25 nəfəri öldürdüyünü etiraf etdi
Bukingem sarayı kitabdan paylaşılan hissələrlə bağlı indiyə qədər heç bir açıqlama verməyib.

Qeyd edək ki, Şahzadə Harri 1997-ci ildə Parisdə faciəvi avtomobil qəzasında həlak olan İngiltərə kralı III Çarlz və onun keçmiş həyat yoldaşı, Uels şahzadəsi Diananın kiçik oğludur. Çarlz və Diana 1996-cı ildə boşanıblar. Diana öləndə onun böyük oğlu Uilyam 15, Harri isə 12 yaşında idi. Susseks hersoqu Harri və həyat yoldaşı Meqan Markl 2020-ci ilin yanvarında daha müstəqil həyat yaşamaq və Britaniya mediasından uzaqlaşmaq, Birləşmiş Ştatlara köçmək üçün krallıq vəzifələrindən istefa verdilər.

Jalə Demokrat.az

D
demokrat.az