Siyasət Özəl

"Sərsəng su anbarından gələn suların qarşısının alınması Ermənistanın növbəti terrorudur"

Sərsəng su anbarından gələn suların qarşısının alınması Ermənistanın növbəti terrorudur

"Sərsəng su anbarından gələn suların qarşısının alınması Ermənistanın növbəti terroru kimi qiymətləndirilməlidir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Deputat qeyd edib ki, Ermənistan bunu dəfələrlə edib:

Sərsəng su anbarından gələn suların qarşısının alınması Ermənistanın növbəti terrorudur
"Burada əsas məqsəd odur ki, Azərbaycanın sudan istifadəsini məhdudlaşdırmaq, eləcə də Azərbaycan əhalisinə ziyan vurmaqdır. Hesab edirəm ki, burada bir neçə istiqamətdə iş getməlidir. Birinci biz mütləq beynəlxalq müstəvidə bu istiqamətdə iş aparmalıyıq. Yəni, Ermənistanın məhkəməyə verilməsi, Ermənistan əleyhinə qətnamənin qəbul edilməsi, Ermənistanla bağlı müəyyən addımların, tədbirlərin həyata keçirilməsinə nail olunması istiqamətində addımlar atılmalıdır. Ümumiyyətlə, Ermənistanın bizə vurduğu maddi-mənəvi ziyanla bağlı beynəlxalq müstəvidə, beynəlxalq məhkəmələrdə fəal və davamlı iş aparmalıyıq ki, Ermənistanın bu kimi fəaliyyətləri qarşısını ala bilək. İkinci hesab edirəm ki, burada Ermənistanın rəsmi qurumları ilə danışıqların aparılması məsələsinə baxılmalıdır. Bilirsiniz ki, əvvəlki dövrdə belə praktikalar oldu. Ermənistanın müxtəlif qurumları ilə bizim qurumlar, hətta su anbarları ilə bağlı müəyyən danışıqlar apardılar. Hətta, azərbaycanlılar həmin ərazilərə də baxış da keçirdilər. Hesab edirəm ki, Ermənistana bu istiqamətdə ciddi xəbərdarlıqlar edilməlidir. Onlar bizim maddi sərvətlərimizi talayırlar, su imkanlarımızı məhdudlaşdırırlar, bizə qarşı təxribatlar törədirlər. Ermənistanı bu kimi çirkin əməllərdən çəkindirməliyik, çünki Ermənistanın bizə qarşı faşist addımları, təxribatları, düşmənçiliyi artıq özünün yeni bir formada büruzə verir. Bunun qarşısı çox qətiyyətlə alınmalıdır! Biz Ermənistana bununla bağlı çox açıq, dəqiq, sərt, prinsipal mövqeyimizi müxtəlif formalarla çatdırmalıyıq".

Nəzrin Demokrat.az

D
demokrat.az