Siyasət Özəl

“Rusiya Qarabağdan meydança kimi istifadə etməyə çalışır” — AÇIQLAMA

“Rusiya Qarabağdan meydança kimi istifadə etməyə çalışır” — AÇIQLAMA

“Rusiya regionda qalmaq istəyir. Buna görə də, Qarabağın ermənilər yaşayan hissəsindən meydança kimi istifadə etməyə çalışırlar. Təbiidir ki, Rusiyanın nə ermənilərə simpatiyası var, nə də onlara kömək etmək kimi bir fikirləri var. Onlar ermənilərdən yalnız alət kimi istifadə etməyə çalışırlar. Sadəcə olaraq, ermənilər bunu başa düşmək istəmirlər ki, onlar hələ də alət rolundadırlar. Regiondakı bu proseslərdə heç bir prespektivləri yoxdur. Ruslar yaranmış vəziyyətdən istifadə edib guya erməniləri xilas etmiş kimi özlərini göstərirlər və bununla da, orada uzunmüddət qalmağa çalışırlar”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib. Partiya sədri bildirib ki, Azərbaycan məqsədyönlü şəkildə rusların bu planını pozmalıdır:

“Rusiya Qarabağdan meydança kimi istifadə etməyə çalışır” — AÇIQLAMA
“Təbii ki, Rusiya ilə əlavə bir gərginliyin yaranmasını istəmirik. Təbii ki, ortada Türkiyə amili, Türkiyə-Azərbaycan münasibətləri var. Amma, Rusiyanın bu niyyətlərini biz görürük. Azərbaycan tərəfi Xankəndi-Şuşa yolundakı etiraz aksiyasını diqqətlə izləyir. Ola bilər ki, bu addım daha çox Rusiyaya qarşı yönəlib. Yəni, Rusiyaya qarşı bir mesajdır ki, sizin dedikləriniz keçməyəcək və Azərbaycan öz hədəfinə doğru gedəcəkdir. Əlbəttə ki, bu istiqamətdə addımlar davam etməlidir. Azərbaycan dövləti, cəmiyyəti, xalqı bir yerdə olmalıdır. Hazırki durum ağır və çətin situasiyadır. Çünki çox məsələlər həll olunmayıbdır və bunu hər kəs başa düşməlidir. Belə məsələdə pərakəndə mövqe qoymaq düzgün deyil. Özlərini müxalifət adlandıran partiya rəhbərləri milli maraqlara zidd olmayan açıqlamalar verirlər, xüsusən də, xaricdə olan bəzi mətbuu orqanlar, müəyyən mərkəzlərdən maliyyələşən və müəyyən dövlətlərin maraqlarına xidmət edən mərkəzlər bu məsələ ilə bağlı yanlış təsəvvürlər formalaşdırmağa çalışırlar. Təbii ki, bununla da Azərbaycanın milli maraqlarına zərbə vururlar. Onlar da başa düşməlidirlər ki, bu cür addımlarla onlar Azərbaycanın milli maraqlarına xəyanət edirlər və bu maraqlarından geri çəkilməlidirlər”.

Aynurə Demokrat.az

D
demokrat.az