Sosial

Bakıda uşaq sığınacağında İNSİDENT: Polis maşınının şüşələrini kim qırdı? — VİDEO

Bakıda uşaq sığınacağında İNSİDENT: Polis maşınının şüşələrini kim qırdı? — VİDEO

Ötən gün Bakının Binəqədi rayonu ərazisində yerləşən Azərbaycan Uşaqlar Birliyinin sığınacağında insident olub.

Xezerxeber.az-ın məlumatına görə, insident nəvələrini sığnacaqdan götürmək istəyən qadınla Birliyin sədri arasında yaşanıb.

Birliyin sədri Kəmalə Ağazadə bildirib ki, Fizzə Kazımova adlı qadın nəvələri olaniki azyaşlı qız uşağınısığnacağa yerləşdirib. Bildirib ki, onların həyatı təhlükədədir. Kəmalə Ağazadə deyir ki, uşaqları sığnacağa qəbul etdikdən sonra aidiyyəti qurumlara dərhal məlumat verib. Ananın şəraitinə baxış keçirilib və uşaqların bir müddət sığınacaqda qalması məqsədəuyğun hesab edilib. Amma ötən gün uşaqların nənəsi və anası sığnacağa gələrək onları aparmaq istəyiblər.

Məsələ ilə bağlı bu işdə adı çəkilən Fizzə Kazımovaşifahi olaraqbildirib ki, nəvələrini, orada yaxşı qidalanmadıqları və təhsil almadıqları üçün sığnacaqdan götürmək istəyib. “Polisə müqavimət göstərilməsi və avtomobilin şüşəsinin sındırdılması”ilə bağlısəslənən iddialara da münasibətbildirən Fizzə Kazımova bunun onlar tərəfindən edilmədiyini bildirib.

Məsələyə Daxili İşlər Nazirliyi də münasibət bildirib.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə onu da qeyd edib ki, müvafiqdövlət qurumlarının iştrakı ilə azyaşlılar anasına və ya nənəsinə qaytara bilərlər.

Daha ətraflı süjetdə:

NE
Nihadə Eyyubova