Tanınmış aparıcı və diktor Ramiz Qafarov sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.
Demokrat.az xəbər verir ki, aparıcı qaz kartının balansını artırmaq üçün insanlara müraciət edib.
Müraciəti olduğu kimi təqdim edirik:
"Dostlar! Qazımız qurtarıb,ev bumbuzdur.Karta qaz vurmağa 5-10 manat yardım edin"
Qeyd edək ki, Ramiz Qafarovun səsi illərdir idman arenalarında idmançılarımızı qələbələrə səsləyir, azarkeşləri ruhlandırır. 


