Kriminal

Gənc oğlan özündən böyük kişiyə xəsarət yetirdi — TƏFƏRRÜAT

Gənc oğlan özündən böyük kişiyə xəsarət yetirdi — TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1989-cu il təvəllüdlü Nadir mübahisə zəminində Süleymana (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Sülh küçəsində baş verib. Orada Nadir Süleymana yumruq zərbələri vurub.İstintaq orqanı tərəfindən Nadirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nadir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə günü təxminən saat 19.30-da Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisindən Sülh küçəsi ilə avtomobil yolundan Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisinə keçmək istəyən zaman yolun ortasında “Mersedes Vito” markalı avtomobil dayanıb: “Həmin avtomobilin yolun otasında dayanaraq, sərnişinlər endirdiyini gördüm və hərəkətini davam etdirdi. Elə bu zaman avtomobilin içərisindən sürücü əlini çölə çıxararaq üstümə qışqırdığını gördüm. Mən isə tələsik yolu keçdim. Lakin həmin sürücü avtomobilini bir qədərdə qarşıya sürdü və üstümə qışqırmağa davam etdi. Mən isə yolun ortasından sürücüyə tərəf üstümə nə üçün qışqırdığını soruşdum. Bu zaman aramızda baş verən münaqişə daha da dərinləşdi. Mən isə həmin sürücünün hərəkətlərindən əsəbiləşdim. Geri qayıdaraq onun avtomobilinə əyləşdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin sürücü avtomobili polis bölməsinə sürəcəyini ona bildirib: “Mən isə sürücüdən məsələyə polisi qatmamasını xahiş etdim. Ona avtomobili dəniz kənarına sürməsini tələb etdim. Lakin həmin sürücü avtomobilin içərisində məni nalayiq küçə söyüşləri ilə söydü, təhqir etdi. Mən isə artıq həmin sürücünün bu hərəkətlərindən çox əsəbləşdim. Söyüşləri mənə pis təsir etdiyi üçün onun sağ göz nahiyəsinə iki yumruq zərbəsi ilə vurdum. Bundan sonra isə avtomobildən endim”.

Cinayət işi üzrə zərərçəkmiş Süleymanın sözlərinə görə, Sülh küçəsində “Forte” magağzasının qarşısı ilə üzü “Göyərçin” heykəli istiqamətində hərəkət edən zaman onun sol tərəfində “Hunday” markalı avtobus dayanıb: “Həmin vaxt yolun ortasında bir nəfər piyada dayanmışdı. Mən piyadaya əlim ilə işarə etdim ki, avtomobilin qarşısında çəkilsin, çünki belə olan halda həm o hərəkət edə bilmədi, həm də digər avtomobillərində hərəkətinə maneəçilik törətdi. Elə bu vaxt həmin şəxs sözlərimi düzgün başa düşmədi. Mənim avtomobilimə yaxınlaşıb ünvanıma nalayiq ifadələr işlətdi. Mən isə ona yaşda ondan böyük olduğumu, bu kimi hərəkətlər etməsinin doğru olmadığını izah etməyə çalışdım. Lakin həmin cavan oğlan öz hərəkətlərinə məhəl qoymadı və mənmimlə söhbət etmək üçün avtomobilimə əyləşdi. Avtomobildə olan zaman məndən tələb etdi ki, avtomobilini dəniz kənarına sürüm, həmçinin məni söyüb təhqir etdi. Mən ona tərbiyəsiz olduğunu, özündən böyüklə düzgün rəftar etmədiyini dedim”.

Zərərçəkmiş bildirib ki, bu zaman onların arasında olan münaqişə daha da dərinləşib: “Münaqişə vaxtı həmin şəxs avtomobilin içərisində sağ göz nahiyəmə üç yumruq zərbəsi vuraraq mənə xəsarət yetirirdi və avtomobildən düşdü. Mən həmin şəxsin hərəkətləri barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq məlumat verdm”.

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. Məhkəmə hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmişin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən məhkəmə Nadirin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az