Azərbaycan Karate-Do Federasiyası 2022-ci ilin yekunlarına həsr olunmuş təltifetmə mərasimi keçirib.
Demokrat.az-ın xəbərinə görə, idman mütəxəssislərinin, idmançıların iştirak etdiyi tədbirdə Dünya Müasir Döyüş növləri Federasiyasının Avropa üzrə vitse-prezidenti Arif Məmmədov öz çıxışında 2022-ci ildə əldə olunan idman nailiyyətlərindən danışıb. Dünya və Avropa çempionu, cari ildə qazanılmış uğurların səbəbini görülən səmərəli işin nəticəsi kimi qiymətləndirib. O, qalib olan və olmayan bütün idmançılara uğurlar arzulayıb. A.Məmmədov bu günün karate ailəsi üçün unudulmaz və əvəzolunmaz tarixi gün olduğunu diqqətə çatdırıb.
Daha sonra federasiyanın son ildə fərqlənmiş idmançılarına, məşqçilərinə, hakimlərə, eləcə də federasiyanın işində fəallıq göstərən şəxslərə fəxri fərmanlar təqdim edilib. Səhnəyə dəvət olunan şəxslər federasiya tərəfindən fəxri fərmanlar və pul mükafatları ilə qiymətlənidirilib.
Əvvəlcə səhnəyə 2022-ci ilin 27-28 yanvarında İran İslam Respublikasında “Zamin Cup” beynəlxalq turnirində fərqlənmiş karateçilər səhnəyə dəvət olunub. Məhz onlara federasiya tərəfindən pul mükafatları və debet kartlar təqdim edilib:
1. Marat Semixov 2. Bəhlul Quluzadə 3. Ayxan Ömərov 4. Şahin Almuradlı
Ardından 2022-ci ilin aprelində Avropa çempionatında uğurlu nəticələrlə yadda qalan karateçilər qazandıqları yüksək nəticələrə görə fəxri fərmanlar və pul mükafatları verilib:
1. Mikayıl Nağıyev 2. Məhyəddin Cəfərli 3. Elton Əliyev 4. Raul Əliyev 5. Kənan Babayev 6. Elcan Məmmədrzayev 7. Fidan Rüstəmova
Bundan başqa, qitə çempionatında fərqlənmiş digər idmançılar fəxri fərmanlarla təltif olunublar:
1. Əsəd İmanov 2. Nicat Quluzadə 3. Asim Məmmədov 4. Asiya Məlikova 5. Ruslan Akifzadə
Muraz Atakişiyev Dünya çempionatında və Avropa çempionatında əldə etdiyi yüksək nəticəyə görə təltif edilib.
Qeyd olunub ki, idmançılarımız bu ilin əsas yarışı sayılan Dünya çempionatında özlərini yaxşı tərəfdən göstəriblər. Onlar qalib ölkənin qalib idmançıları kimi Azərbaycanı layiqincə təmsil ediblər. 2022-ci ildə Dünya çempionatında qazandığı yüksək nəticələrə görə fəxri fərmanla və pul mükafatları ilə təltif olunurlar:
1. Mədinə Kazımova 2. Cansu Əhmədzadə 3. Alika Semixova 4. Şahin Almuradlı 5. Şamo Kamilov 6. Marat Semixov 7. Rəsul Abasov 8. Murad Hacızadə 9. Elcan Məmmədrzayev
Dünya çempionatında qazandığı müvafiq nəticələrə görə aşağıdakı karateçilər fəxri fərmanlarla təltif olunublar: 1. Nihad Lətifov 2. Alişan Əzizov 3. Davud Muradov 4. Murad Dinç 5. Ayxan Ömərov 6.Humay Həsənli
Məlum olduğu kimi, arxada qoyduğumuz ildə federasiyanın yüksək təşkilatçılığı ilə üç reytinq turniri keçirildi. Hər üç reytinq turnirində gərgin mübarizənin şahidi olduq. Federasiyamız ili məhz 17-18 dekabrda Reytinq turnirinin final seriyası kimi yaddaqalan yarışla başa vurdu. Burada idmançılara 25.000 manatlıq mükafat fondu təyin olundu. İdmançılar gərgin mübarizə şəraitində keçən turnirdə öz qüvvələrini sınadılar və qalib karateçilər pul mükafatlarına layiq görüldülər. Bu Azərbaycan üzrə karatenin tarixində bir ilk idi. Beləliklə, cari ildə reytinq turnirlərində qazandığı yüksək nəticələrə görə aşağıdakı idmançılar təltif olundular:
1. Hübeyb Abbaszadə 2. Eldar Qurbanlı 3. Murad Cavadzadə 4. Seyidəli Fəttahlı 5. Nicat Müslümov 6. Humay Quliyeva 7. Solmaz Heydərli 8. Ömər Səlimov 9. Həsən Əhmədov 10. Musa Məmmədov 11. Samir Məmmədov 12. Nəcməddin Bünyadov 13. Arif Xəlil 14. Şəms Xəlil 15. Rza Maxsudlu 16. Sinan Əliyev 17. Muhəmməd Temirli
Həmçinin, reytinq turnirlərində fərqləndiyinə görə Samir Məmmədova pul mükafatı təqdim edilib.
Daha sonra növbə 2022-ci ildə qazandığı yüksək reytinq xallarına görə ilk onluqda yer alan oğlanlara çatıb. Onlardan ilk üçlükdə qərarlaşanlar həm pul mükafatına, həm də fəxri fərmana layiq görülüb, digərlərinə yalnız fəxri fərmanlar təqdim edilib:
1. Marat Semixov 2. Elcan Məmmədrzayev 3. Elton Əliyev 4. Şahin Almuradlı 5. Mikayıl Nağıyev 6. Musa Məmmədov 7. Kənan Babayev 8. Musa İsmayılov 9. Rəsul Abbasov 10. Kamil Kərimli, Bəhlul Quluzadə
Qızlarda isə aşağıdakı idmançılar yüksək reytinq xallarına görə təltif olunublar. Oğlanlarda olduğu kimi, qızlarda da ilk üç pillədə yer tutan idmançılar həm pul mükafatına, həm də fəxri fərmana layiq görülüb:
1.Mədinə Kazımova 2.Xədicə Mürsəlova 3.Alika Semixova 4.Cansu Əhmədzadə 5.Humay Həsənli 6.Fidan Rüstəmova 7.Aysel Məmmədova 8.Səma İmanzadə 9.Əminə Quliyeva 10.Xədicə Vəlizadə, Nərmin Əliyeva
Aşağıdakı məşqçilər 2022-ci ildə şəxsi yetirmələrinin qazandığı yüksək nəticələrə səhnəyə dəvət ediliblər. Onlara federasiya tərəfindən pul mükafatları təqdim olunub:
1.Elmin İsayev 2.Azər Aslanov 3.İbrahim Heydərov 4.Mərkəzi Karate Məktəbi 5.Namiq Pirverdiyev 6.Elşən Xamoyev 7.Əli Rəcəbov 8.Rüstəm Əkbərov 9.Bəşir Mahmudov 10.Orxan Şabanov
Federasiyanın daha iki məşqçisi 2022-ci ildə şəxsi yetirmələrinin qazandıqları nəticələrə görə fəxri fərmana layiq görülüblər:
1. Röya Səfərov 2. Ələddin Əzizov
Ardından il ərzində “ən fəal hakimlər”in nominasiyasında seçilmiş hakimlər mükafatlandırılıb.Aşağıdakı hakimlərə pul mükafatları təqdim edilib:
İlin “ən yaxşı qadın hakimi” – Elnurə Ağayeva İlin “ən yaxşı kişi hakimi” – İldırım Şirinov İlin “ən yaxşı kişi hakimi” – Ruslan Paşayev İlin “ən yaxşı kişi hakimi” – Şükür Şahverdiyev
2022-ci ilin reytinq turnirlərində “ən çox qızıl medal qazanan idmançı” nominasiyasında oğlanlarda və qızlarda hərəsində bir idmançı fəxri fərman və pul mükafatları təqdim edilib:
1. Oğlanlarda – Rəsul Abasov 2. Qızlarda – Fidan Rüstəmova
Həmçinin, "ilin ən yaxşıları" nominasiyalarında aşağıdakı şəxslər təltif olunub. Onların hər birinə federasiya tərəfindən qiymətli kuboklar təqdim olunub:
İlin “ən yaxşı kişi idmaçısı” – Marat Semixov İlin “ən yaxşı qadın idmaçısı” – Mədinə Kazımova İlin “ən yaxşı məşqçisi” – Elmin İsayev
Sonda xatirə fotoları çəkilib və tədbir iştirakçılarının şərəfinə ziyafət verilib. 
















Zamiq Demokrat.az


