ABŞ-ın Kaliforniya ştatında 5,4 bal gücündə zəlzələ baş verib.
Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 12 min nəfər əhalisi olan Fortuna şəhərindən 26 kilometr cənub-şərqdə yerləşib.
Zəlzələ ocağı yerin 27,8 kilometr dərinliyində olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.


