Dünya

Kiyevə raket zərbəsi nəticəsində yaponiyalı jurnalist yaralandı

Kiyevə raket zərbəsi nəticəsində yaponiyalı jurnalist yaralandı

Bu gün Rusiya Ordusunun Kiyevə endirdiyi raket zərbələri nəticəsində yaponiyalı jurnalist yaralanıb.

Bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.

Yaponiyanın “The Asahi Shimbun” qəzetinin müxbiri Vataru Sekita Kiyevdə raket zərbələrinin endirildiyi mehmanxanaların birində olub. Yaralıya lazımi tibbi yardım göstərilib.

NE
Nihadə Eyyubova