İdman Özəl

Xavi: “Pele, Maradona və Messi əfsanədir, hər kəs onlar kimi olmaq istəyir”

Xavi: “Pele, Maradona və Messi əfsanədir, hər kəs onlar kimi olmaq istəyir”

"Barselona"nın baş məşqçisiXavi Hernandez futbol kralı Pelenin vəfatı ilə bağlı başsağlığı verib.

Demokrat.az "sports.ru"ya istinadən xəbər verir ki, ispaniyalı dünya çempionu Pelenin ölümündən sonra bunları yazıb:

“Pele ailəsinə başsağlığı vermək istəyirəm. Bu, dünya fiqurudur. O, bütöv bir nəsli dəyişdi.

Hamı Pele, Maradona, Messi kimi olmaq istəyir. Bunlar əfsanədir. Mən ona hörmət edirdim və sevirdim”, - “Barselona”nın baş məşqçisi qeyd edib.

Xatırladaq ki, əfsanəvi braziliyalı futbolçu, üçqat dünya çempionu dekabrın 29-da 82 yaşında vəfat edib. O, bağırsaq xərçəngindən əziyyət çəkirdi.

Zamiq Demokrat.az

D
demokrat.az