“Ermənistan tərəfi hesab edirdi ki, Rusiya onun işğalçı siyasətini yenə də dəstəkləyəcək.Lakin son zamanlar baş verən proseslər bunun tam əksini göstərir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) rəhbəri Fərid Şəfiyev deyib. BMTM rəhbəri Rusiya və Ermənistan arasında strateji problemlərin olduğunu qeyd edib:
“Ermənistan rəhbərliyi guya Rusiyadan asılı olmadığını göstərəməyə çalışırdı və bu cür fonda davranışlar sərgiləyirdi. Yəni, Ermənistan iki stulda (Qərb və Rusiya) oturmağa çalışırdı. Lakin bu Ermənistan üçün düzgün seçim yolu olmadı. Son zamanlar Ermənistan mətbuatında da antirusiya açıqlamaları geniş yayılıb. Hesab edirəm ki, iki ölkə arasındakı fundamental fikir ayrılıqları hələ bir müddət davam edəcək”.
Nəzrin Demokrat.az


