Hadisə

Bakıda daha bir süpürgəçi qadın yol qəzasının qurbanı oldu

Bakıda daha bir süpürgəçi qadın yol qəzasının qurbanı oldu

Paytaxtın Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

ONA-nın məlumatına görə, səhər saatlarında “Koroğlu” metro stansiyasının yaxınlığında yol kənarında təmizlik işləri aparan 1945-ci il təvəllüdlü Hürü Namaz qızı Aslanova Günel Taryel qızı Fərmanovanın idarə etdiyi "Wolskwagen Polo" markalı avtomobillə vurulub. H.Aslanova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az