Hadisə

"BMW" yol kənarına aşdı, xəsarət alanlar var

BMW yol kənarına aşdı, xəsarət alanlar var

Abşeron rayonunda (Digah-Məmmədli avtomobil yolunun 2-ci kilometrliyi) "BMW" markalı minik avtomobili yol kənarına aşıb, 3 nəfər xəsarət alıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Nəticədə avtomobilin mühərrik hissəsi yanıb.

Hadisə zamanı sürücü və 2 nəfər sərnişin müxtəlif bədən xəsarətlərilə yanğınsöndürənlər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

NE
Nihadə Eyyubova