Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun Demokrat.az-a müsahibəsi:
- Sərdar bəy, Vasif Talıbovun istefasının səhhəti ilə bağlı olmasına inanırsınız?
- Təbii ki, Vasif Talıbovun işdən azad olunması onun səhhəti ilə bağlı deyil. Mən bilirəm ki, Vasif Talıbovun səhhətində həqiqətən də uzunmüddətdir ciddi problemləri var. Şəkər xəstəliyi, təzyiqi var və s. Vasif Talıbovun Naxçıvandan işdən çıxarılmasının onun çox ciddi siyasi ambisiyaları, Azərbaycan dövlətinə qarşı xəyanət kimi dəyərləndirilən addımları ilə Azərbaycan rəhbərliyinə tabe olmamağının və Naxçıvanı Azərbaycanın nəzarətindən çıxartmaq cəhdi ilə bağlıdır.
- 2020-ci ilin 9 noyabr axşamı Naxçıvan istiqamətində rus helikopterinin vurulması təxribatında Vasif Talıbovun hansısa rolu ola bilərdimi? 
- Nə zamansa Naxçıvandan dindarların İrana hər hansı müraciəti olubmu?
-İran dindarları heç vaxt müraciət etməyiblər və hansı mənada müraciət edəcəklər? İran Naxçıvandan həmişə Azərbaycanın mərkəzi hakimiyyətinə qarşı bir silah kimi istifadə edib. Bir çox hallarda buna müvəffəq də olubdur. Görünür, son vaxtlarda İran onun əleyhinə siyasətdən narazı qaldığından, yenə də Naxçıvandan İlham Əliyevə qarşı istifadə etmək cəhdləri edibdir. Yaxşı ki, bu cəhdlər baş tutmadı və vaxtında Vasif Talıbov Naxçıvandan uzaqlaşdırıldı. Vasif Talıbov Naxçıvan Muxtar Respublikasını tamamilə boşaldıb. Orada əhaliyə divan tutub. İnsan ağlına gəlməyən qaydalar tətbiq edib. Naxçıvanın tarixi abidələrini darmadağın edib. Özünün öz ağlı ilə həmin abidələrin yerində tamamilə müasir qayda da guya abidələr düzəldib və s. Həm mədəniyyətimizə böyük ziyan vurub, həm iqtisadiyyatımıza, həm Naxçıvan camaatının demoqrafik proseslərinə çox mənfi təsirləri olan işlər aparıb, həm də Azərbaycan hakimiyyətinə və dövlərinə tabe olmamaq istiqamətində çox ciddi "işlər" görüb. Ona görə də, mən Vasif Talıbovun işdən çıxarılmasını Vətənə xəyanətlə bağlı olduğunu düşünürəm.
Aynurə Pənahqızı Demokrat.az


