Estoniya Ukraynaya yeni hərbi yardım paketi ayırdığını açıqlayıb.
Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur bildirib.
O, qeyd edib ki, Estoniya Ukraynanı dəstəkləməyə davam edir və bu ölkənin hərbi qulluqçuları üçün yeni əlavə yardım paketi ilə bağlı qərar verilib.İndiki yardım paketi Ukraynadan alınan yardım sorğularına əsasən təşkil edilib.
Nazirin sözlərinə görə, hərbi yardım paketində əsasən dronlar, fərdi qoruyucu vasitələr və qış geyimləri olacaq.
Jalə Demokrat.az


