Ukrayna PrezidentiVolodimir Zelenski 2023-cü ildə Ukrayna diplomatiyasının əsas vəzifələrini sadalayıb.
Demokrat.az bildirir ki, bu barədəTASS məlumat yayıb.
Zelenski Rusiya ilə danışıqları Ukrayna diplomatiyasının vəzifələri siyahısına daxil etməyib.
Əksinə, Ukrayna lideri Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqi üzrə işi gücləndirməyi, Rusiya aktivlərinin bloklanmasını təklif edib.
Zelenski əsas vəzifələrdən biri kimi ölkəninAvropa İttifaqına daxil olması,NATOsammitinə hazırlıq və digər məsələləri qeyd edib
Bundan əlavə, o, həmçinin ölkənin müdafiə ehtiyaclarının ödənilməsi və Ukraynanın enerji sektorunun bərpasının zəruriliyini qeyd edib.
Leyla Demokrat.az


