G7 ölkələri Ukraynanı dəstəkləməyə davam edəcək, Rusiyaya, lazım gələrsə, Belarusa qarşı sanksiyaları artıracaq və rus cinayətkarlarının məsuliyyətə cəlb edilməsi üçün çalışacaqlar.
Demokrat.az "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya, İtaliya, Kanada, Almaniya, ABŞ, Fransa və Yaponiya xarici işlər nazirlərinin, həmçinin Avropa İttifaqının ali nümayəndəsinin builki 12-ci iclasının yekunlarına dair bəyanatında deyilir.
Qeyd olunub ki, Ukraynanın kritik infrastrukturuna, xüsusilə enerji, istilik və su təchizatı sistemlərinə raketlər və İran pilotsuz təyyarələrindən istifadə etməklə kütləvi və əsassız hücumlar dinc əhalini qorxutmağa çalışır. AlmaniyaXarici İşlər Nazirliyinin saytında dərc edilmiş bəyanatında deyilir:
"Böyük yeddilik iştirakçıları dinc əhaliyə və ya mülki obyektlərə qarşı hücumları müharibə cinayətləri adlandırır" .
Diplomatlar dekabrın 13-də Parisdə keçirilən beynəlxalq konfransdan sonra Ukrayna xalqına dəstək səylərinin intensivləşdiyini vurğulayıblar.Ukraynanın yenidən qurulması və iqtisadi yenilənməsini dəstəkləməyə qərar verən G7 üzvləri beynəlxalq dəstəyin əlaqələndirilməsinin vacibliyini xatırladıblar.
“Böyük yeddilik üzvləri Ukraynanın hərbi texnika və müdafiə texnikasına, xüsusən də hava hücumundan müdafiə sahəsində təcili ehtiyaclarını ödəmək üçün səylərini gücləndirmək öhdəliyi götürüblər.Onlar vurğulayıblar ki, bu, insanların həyatını xilas etmək və mülki şəxslərin daha çox əziyyət çəkməsinin qarşısını almaq üçün lazımdır”
Leyla Demokrat.az


