Sosial

200-dən artıq şəhid ailəsinin qaz təchizatı ilə bağlı müraciəti təmin olunub — VİDEO

200-dən artıq şəhid ailəsinin qaz təchizatı ilə bağlı müraciəti təmin olunub — VİDEO

“2022-ci ildə ölkə ərazisində 114 yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulmuşdu ki, bunların artıq 92 faizində işlər tamamlanıb. Respublikada ümumilikdə 500 km-dən çox boru xətti çəkilib”.

Bubarədə SOCAR “Azəriqaz” İB-nin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov “Açıq qapı” aksiyasında məlumat verib. Qurum rəsmisi işlərin 2023-cü ildə də davam edəcəyini vurğulayıb.

Tədbirdə çıxış edən Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev görülən işlər çərçivəsində son 2 ildə 200-dən çox şəhid ailəsinin müraciətinin həll edildiyini qeyd edib. Həmçinin şöbə rəisi SOCAR “Azəriqaz” İB-nin hər zaman həssas qrup üzvlərinin qayğılarını diqqət mərkəzində saxladığını vurğulayıb.

Aksiya daha sonra jurnalistlərin suallarının cavablandırılması ilə davam edib.

NE
Nihadə Eyyubova