Gündəm Özəl

Partiya sədri: “Xankəndi aksiyasına qoşulsaq, ermənilər bundan siyasi məsələ kimi sui-istifadə edəcəklər”

Partiya sədri: “Xankəndi aksiyasına qoşulsaq, ermənilər bundan siyasi məsələ kimi sui-istifadə edəcəklər”

"Bu aksiyalar başlayan ilk gündən öz mövqeyimizi bildirmişdik. Biz qeyd etmişdik ki, partiyamızın müxtəlif rayon təşkilatlarından, Bakıdakı üzvlərimizdən yüzlərlə müraciət olmuşdu. Onlar da bu prosesə qoşulmaq istəyirlər. Amma, bildiyimiz kimi, işğaldan azad olunmuş ərazilərə daxil olmaq üçün xüsusi icazə lazımdır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı deyib.

Partiya sədri: “Xankəndi aksiyasına qoşulsaq, ermənilər bundan siyasi məsələ kimi sui-istifadə edəcəklər”
Partiya sədri vurğulayıb ki, partiyanın üzvlərinin böyük əksəriyyəti bu aksiyada iştirak etmək istəyirlər:

"Biz bu aksiyanı lazımlı hesab edirik. Həm ruslar, həm ermənilər, həm də bütün dünya bilməlidir ki, yolun sahibi kimdir. Torpağın, yerin, mədənlərin sahibi kimdir. Qarabağın sahibi kimdir?! Əlbəttə, özüm də o aksiyada məmnuniyyətlə iştirak edərəm. Əgər belə bir imkan yaradılsa, partiyanın idarə heyətinin üzvlərinin hamısı da məmnuniyyətlə iştirak edəcək. Burada bir məsələ var ki, siyasi partiyalar bu aksiyaya qoşulanda artıq məsələ ekoaktivistlərin deyil, daha çox siyasi məsələsi kimi gündəmə gətiriləcək. Ermənilər bundan sui-istifadə edəcək. Düşünürəm ki, elə bu məsələlərə görədir ki, hökumət də partiyaların orada iştirakına könüllü görünmür. Bu da anlaşılandır. Bizim üçün əsas məqsəd torpaqlarımızdır. Əsas məqsəd torpaqlarımızın azasdlığı və həmin torpaqlar da suverenliyin bərpa olunmasıdr. Bizim üzərinizə düşən nə varsa etməyə hazırıq!".

Aynurə Demokrat.az

D
demokrat.az