Gündəm

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvanda — İlk iş günü (FOTO)

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvanda — İlk iş günü (FOTO)

Naxçıvan Muxtar Respublikasına Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunan Fuad Vahid oğlu Nəcəfli artıq iş başındadır.

Bu barədə Musavat.com-a Naxçıvandakı mənbələr məlumat verib.

Həmçinin Prezident Adminstrasiyasının rəhbər şəxsləri də Naxçıvandadır. Hazırda Naxçıvan Ali Məclisində geniş tərkibdə iclas keçirilir.

Xatırladaq ki, Nəcəfli Fuad Vahid oğlu 1975-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub.

BDU-nu Beynəlxalq münasibətlər ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 2000-ci ildə Bakı şəhərində 1 saylı yeri İqtisad Məhkəməsində başlayıb. Beynəlxalq Sığorta Şirkətində, "Star Alyans" Sığorta Şirkətində, "Texnikabank"da, "Paşa Holdinq" MMC-də və digər qurumlarda müxtəlif vəzifələrdə işləyib.

2019-cu ildən "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin Müşahidə Şurasının üzvüdür.

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvanda — İlk iş günü (FOTO)

D
demokrat.az