Region Özəl

Malayziyada torpaq sürüşməsində ölənlərin sayı 30-a çatdı

Malayziyada torpaq sürüşməsində ölənlərin sayı 30-a çatdı

Malayziyanın Selangor şəhərindəki düşərgədə baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.

Demokrat.az İHA-ya istinadən xəbər verir ki, bir neçə gün öncə paytaxt Kuala-Lumpurun şimalında, Selangor əyalətinin Batanq Kali rayonunda düşərgədə baş verən sürüşmə zonasında tarazlıq daha da pisləşib.

Rəsmilərin verdiyi açıqlamaya əsasən, axtarış-xilasetmə işləri zamanı bir qadın, bir kişi və daha iki uşağın cəsədləri tapılıb. Bununla da, həyatını itirənlərin sayı 30-a nəfərə yüksəlib. Məlumata görə, dağıntılar altında qaldığı ehtimal olunan daha 3 nəfərin axtarışları davam edir.

Qeyd edək ki, Malayziyada torpaq sürüşməsi dekabrın 16-da qeydə alınmışdı.

Zamiq Demokrat.az

D
demokrat.az