Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Yol hərəkəti təhlükəsizliyi: hüquqi yardım və maaifləndirmə” layihəsi "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyi tərəfindən tam icra olunub. Belə ki, layihə çərçivəsində hazırlanmış lövhələr Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi və Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsinin dəstəyi ilə patyaxt Bakı ilə yanaşı, regionları birləşdirən əsas yolların kənarlarına vurulub. Bakı-Şamaxı, Bakı-Qazax, Bakı-Astara istiqamətində olan yollara 5 maarifləndici lövhə yerləşdirilib. Həmin lövhələrdə sürət həddinin aşılmasına, yorğun və yuxusuz halda avtomobil idarə etməyin təhlükəli olmasına, piyadalar, velosipedçilər və mal-qaraya qarşı diqqətli olmağa dair çağırışlar əks olunub. 
Qeyd edək ki, bu aksiya minlərlə insanın həyatının xilas edilməsində və qəzalardan qorunmağa faydalı olacaq.



