“Mən bu gün ona görə Vaşinqtondayam ki, Amerika xalqına, Prezidentə və Konqresə çox lazım olan dəstəyə görə təşəkkür edim.Həm də qələbəmizi yaxınlaşdırmaq üçün əməkdaşlığı davam etdirim”.
Demokrat.az Ukrayna mətbuatına istinadən bildirir ki, bu barədəUkrayna lideri Volodimr Zelenski "Telegram"da yazıb.
O, həmçinin Ukraynanın dayanıqlığını və müdafiə qabiliyyətini gücləndirmək üçün bir sıra danışıqların keçiriləcəyini açıqlayıb.
Zelenski Kiyevvə Vaşinqtonarasında ikitərəfli əməkdaşlığı ABŞprezidentiCo Baydenlə müzakirə etmək niyyətindədir.
Onların ikitərəfli danışıqları, iki saat davam edəcək və mətbuat konfransı ilə yekunlaşacaq.
Leyla Demokrat.az


