ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Volodimir Zelenskiyə xoş uçuş arzulayıb.
Demokrat.az xəbər verir ki, o, bu barədə “Twitter” səhifəsində məlumat yayıb .
"Ümid edirəm ki, yaxşı uçuşunuz var, Volodimir. Sizinlə görüşməyə şad olaram. Müzakirə ediləcək çox şey var", - Bayden yazıb.
Ağ Evin mətbuat katibi Karine Jean-Pierre bildirib ki, Zelenskinin ABŞ-a səfəri zamanı Ağ Ev rəhbəri ölkənin Rusiya təcavüzündən müdafiəsinə kömək etmək üçün Ukraynaya əhəmiyyətli yeni təhlükəsizlik yardım paketini elan edəcək.
Ağ Ev həmçinin Ukraynaya Patriot sistemləri göndərəcək. Bu, Ukraynaya yeni yardım paketinin bir hissəsidir.
Leyla Demokrat.az


