Gündəm

Xankəndi yolunda sülhməramlıların avtomobili növbəti dəfə maneəsiz hərəkət edib

Xankəndi yolunda sülhməramlıların avtomobili növbəti dəfə maneəsiz hərəkət edib

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına minik avtomobillinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidə olan əməkdaşı xəbər verir ki, bu gün günorta saatlarında nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, Xankəndindən Laçın istiqamətində Rusiya sülhməramlılarına məxsus “Toyota” markalı avtomobil keçib. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Hazırda hava şəraitinin soyuq olmasına baxmayaraq, aksiya davam edir.

D
demokrat.az