Dünya Özəl

"Ruslar ukraynalıları Yeni ilə qədər işıqsız qoymaq üçün hər şey edəcəklər" — Şmıqal

Ruslar ukraynalıları Yeni ilə qədər işıqsız qoymaq üçün hər şey edəcəklər — Şmıqal

"Rusiyanın enerji sisteminə müntəzəm hücumlarını nəzərə alsaq, enerji təchizatının sabitləşməsi ilə bağlı hər hansı proqnoz vermək mümkün deyil.Yeni ilə qədər ruslar ukraynalıları işıqsız qoymaq istəyir"

Demokrat.az "Ukrinform"a istinadən xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıqal hökumətin iclasında deyib.

"Enerji sisteminə demək olar ki, hər gün zərbə vurulduğu şəraitdə dayanıqlı enerji təchizatının bərpası ilə bağlı hər hansı proqnoz vermək sadəcə olaraq mümkün deyil. , Ukraynalılara xəbərdarlıq edilir ki, işıq gündə cəmi bir neçə saat ola bilər. Rusiyanın yeni hücumlarının intensivliyindən və kütləsindən asılı olaraq enerji sistemindəki vəziyyət ya yaxşılaşa, ya da pisləşə bilər. Rusiya terrorçuları ukraynalıları Yeni ilə qədər işıqsız qoymaq üçün hər şeyi edəcəklər. Onlar üçün Ukraynada Milad və Yeni ilin qaranlıqda keçməsi vacibdir. Ona görə də onlar yeni hücumlara hazırlaşmalıdırlar", - Şmıqal əlavə edib.

Qeyd edək ki,dekabrın 19-dan Rusiya kamikadze dronları ilə növbəti kütləvi hücuma keçib.Hərbi Hava Qüvvələri buraxılan 35 pilotsuz təyyarədən 30-nu vurub.

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova