Dünyaşöhrətli idmançılar Argentinanın 36 ildən sonra futbol üzrə dünya çempionu olması münasibətilə Messini təbrik ediblər.
Demokrat.az xəbər verir ki, Argentina millisinin tarixi qələbəsindən sonra məşhurlar sosial media hesabından Messinin ünvanına təriflər yağdırıblar.
"Futbol kralı" Pele bunları qeyd edib: 
Daha sonra penalti da daxil olmaqla 4 qola imza atan Embappenin performasını dəyərləndirən canlı əfsanə onu futbolun gələcəyi üçün "böyük ərmağan" oldugunu bildirib:
Braziliya millisinin əfsanəvi hücumçusu, ikiqat dünya çempionu Ronaldo da öz ürək sözlərini yazıb: 
"Qalatasaray"ın formasını geyinən argentinalı ulduz Mauro İkardi də dünya çempionun təbrik edərək, həmvətəninin şəninə bunları yazıb: 
Tennisin əfsanələrindən isveçrəli Rocer Federer təbrikində Argentinanın uğuru ilə bağlı fikirlərini bölüşərək "Argentinanın nağılı. Messi mükəmməllik sözünün mənasını yenidən təyin etdi" deyə Messiyə təbriklər ünvanlayıb. 
Təbrik edənlər sırasında karyerasinda 22 böyük dəbilqə titulunu qazanan ispaniyalı Rafael Nadal, NBA ulduzları Lebron James, Trae Young və Manu Ginobili də daxil olmaqla bir çox basketbolçu da argentinalı ulduza təbrik mesajı göndərib.
Arzu Demokrat.az


