Britaniyanın Baş naziri Baltikyanı ölkələrin rəsmiləri ilə görüşəcək.
Böyük Britaniyanın Baş naziri Rişi Sunak Latviyanın paytaxtı Riqada Danimarka, Finlandiya, Estoniya, İslandiya, Latviya və Niderland rəsmiləri ilə görüşəcək. Böyük Britaniyanın Baş nazirliyindən verilən açıqlamaya görə, görüşdə Rusiyaya qarşı atılacaq addımların müzakirə ediləcəyi bildirilib: “JEF uzun müddətdir birgə hərbi əməliyyatlar keçirən on həmfikir ölkəni bir araya gətirir, həmçinin demokratiya, insan haqları və qanunun aliliyini əsas tutur”
Bəyanata əsasən, 2023-cü ildə Ukraynaya 250 milyon funt-sterlinq dəyərində silah yardımı ediləcək:
"Böyük Britaniya 2023-cü il ərzində Ukraynaya davamlı ağır silah axınını təmin edəcək. Ukrayna 250 milyon funt sterlinq dəyərində müqavilə çərçivəsində gələn il yüz minlərlə mərmi, artilleriya sursatı alacaq” - deyə bəyantda qeyd olunub.
Jalə Demokrat.az


