Gündəm

Xankəndidə yaşayan erməni: “İlham Əliyevi dəstəkləməliyik”

Xankəndidə yaşayan erməni: “İlham Əliyevi dəstəkləməliyik”

"Əgər Qarabağ Azərbaycana məxsusdursa, onda "dövlət rəhbərliyi" (seperatçı rejimi nəzərdə tutur red.) bunu bizə açıq şəkildə desin". Demokrat.az xəbər verir ki, bu sözləri Xankəndidə yaşayan erməni sakin deyib. O bildirib ki, onlardan tələb eləsinlər ki, ermənilər Qarabağı tərk etsin:

"Bildirsinlər ki, bu torpaqlar bizim deyil. Biz də əşyalarımızı götürək və buranı tərk edək. Əgər qızıl yataqları Azərbaycanın tabeliyinə keçərsə, onda biz necə yaşayacağıq? Qarabağ ermənilərinin büdcələrinin 80%-i bu yataqlardan gəlir. Əgər aksiya daha 10 gün davam edərsə, təsəvvür edin vəziyyətimiz necə olacaq.

Bizim təkcə bir çıxış yolumuz var. İlham Əliyevə deməliyik ki, biz sizi dəstəkləyirik"./Azxeber.com

D
demokrat.az