Ukrayna prezident aparatının rəhbər müavini bütün Ukraynada elektrik enerjisinin kəsilməsini elan edib.
Demokrat.az Ukrayna mətbuatına istinadən bildirir ki, Rusiya raketlərinin enerji infrastrukturu obyektlərini vurması səbəbindən bütünUkraynadaelektrik enerjisinin fövqəladə kəsilməsi baş verir.
Bu barədə prezidentVladimir Zelenskinin aparatrəhbərinin müaviniKirill TimoşenkoTelegram-da məlumat verib.
“Ukraynanın bir sıra regionlarında elektrik obyektlərində baş verən qəzalarla əlaqədar bütün ölkə ərazisində elektrik enerjisinin verilişində fövqəladə fasilələr tətbiq olunur.Sizdən elektrik enerjisinin kəsilməsinə və su və istilik təchizatında müvəqqəti azalmalara anlayışla yanaşmanızı xahiş edirik”, - deyə məlumatda bildirilir.
Bundan əvvəl Ukraynanın Kirovoqrad vilayətinin başçısı Andrey Raykoviçdemişdiki, hakimiyyət enerji obyektlərində baş verən qəzalara görə elektrik enerjisini kəsib və regionda enerji tamamilə kəsilib.Eyni zamanda o, vətəndaşları hava hücumları bitənə qədər sakit olmağa və sığınacaqlarda qalmağa çağırıb.
Leyla Demokrat.az


