Ukrayna prezidentiVolodimir Zelenskinin aparat rəhbəriAndrey YermakRusiyailə danışıqlara çağırışları gülünc adlandırıb.
O , bubarədə“The Economist”ə müsahibəsində bildirib.
O, bəzi Qərb siyasətçilərinin Ukraynada sülhün bərqərar olmasından əvvəl danışıqlar masası arxasına əyləşməyin səhv olduğunu deyib.
Onun fikrincə, Rusiya Ukraynanın suveren dövlət kimi mövcud olmaq hüququnu tanımadan əvvəl KiyevvəMoskvaarasında danışıqlara çağırış edilməsi gülüncdür.
Yermak vurğulayıb ki, tərəflər danışıqlar masası arxasına oturmazdan əvvəl bir sıra şərtləri yerinə yetirilməlidir.
Bunlardan əsası enerji, ərzaq, nüvə və ekoloji təhlükəsizliyin təmin edilməsidir.
Leyla Demokrat.az


