“Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası ciddi şəkildə təşkil olunub”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib. O bildirib ki, aksiyanı təşkil edənlərin hədəfi də məqsədə nail olmaqdır:
“Təbii ki, məqsəd Azərbaycanın yataqlar üzərindən monitorinqlər keçirmək və ümumiyyətlə, orada nəzarəti bərps etməkdən ibarətdir. Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni şəkildə istismarının və Azərbaycandan xaricə daşınmasının qabağının alınmasıdır. Əsas hədəf də budur.
Hesab edirəm ki, bu da bu dəfə ciddi şəkildə həll olunmalıdır. Baxmayaraq ki, Azərbaycana müəyyən təzyiqlər göstərilir, ancaq düşünürəm ki, bu aksiya davam edəcək”.
Nəzrin Demokrat.az


